“Atletiko” - “Qarabağ”: yenə sevinə biləcəyikmi?

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olacaq.

 

APA TV-nin xəbərinə görə, bu komandalar arasında Bakıda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.

 

Görəsən, paytaxt sakinlərinin proqnozları necədir? “Qarabağ” Bakıdakı uğurun davamını gətirə biləcəkmi?

 

Qeyd edək ki, “Atletiko” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:45-də Madridin “Metropolitano” stadionunda start götürəcək.

 

Müəllif | Apa.Tv