Arzu Rəhimov qəbul keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov dekabrın 5-də Masallıda vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, xidmət rəisi Masallı ilə yanaşı, Biləsuvar, Cəlilabad, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan vətəndaşların şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.

 

Qəbul zamanı irəli sürülən məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq təhqiqatlardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv