Qəbələ-İsmayıllı yolunda ağır avtoqəza: ölən və yaralanan var

Qəbələ-İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, avtoqəza zamanı iki avtomobil toqquşub.

Qəbələnin Vəndam qəsəbəsində "VAZ 21099""Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Vəndam sakini, 1991-ci il təvəllüdlü Eynullazadə Pənah Habil oğlu dünyasını dəyişib. Nohurqışlaq kənd sakini, 1977-ci il təvəllüdlü Əzimova Aygün Səfər qızı isə xəsarət alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Toqquşma güclü olduğundan "VAZ 21099" markalı avtomaşın iki hissəyə bölünüb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv