Kataloniyanın üsyanda ittiham olunan keçmiş hökumət üzvləri məhkəməyə çağırılıb

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıb. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə bu şəxslər barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.

Məlumata görə, əgər K.Puçdemon və digərləri Brüsseldə qalmağa qərar versələr, onlar Madridin sorğusu əsasında Belçika polisi tərəfindən həbs ediləcək.

Qeyd edək ki, Kataloniya hökumətinin keçmiş üzvləri üsyanın təşkilində ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv