Tramp terrordan sonra qərar dəyişdi: ƏLEYHDARLARININ SAYI ARTIR

ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, petisiyanın təşəbbüskarı tanınmış milyarder və siyasi fəal Tom Stayerdir.  

 

"Donald Tramp bizi nüvə müharibəsinin astanasına gətirib çıxarıb. O, ədalət məhkəməsinə daim əngəl yaradıb və başqa ölkələrin hökumətlərindən pul alıb. Biz bu cür təhlükəli prezident barəsində impiçment elan etməliyik" - deyə, petisiyada qeyd edilib. 

Bu arada Donald Tramp qaçqınların ölkəyə qəbulu proqramının daha da sərtləşdirilməsinə dair göstəriş verib.  O, bu barədə "Twitter" hesabında bildirib. Müvafiq tapşırıq Daxili Təhlükəsizlik Nazirliyinə verilib.    

 

D.Tramp bu addımın Nyu-Yorkdakı terror aktı ilə əlaqəli olub-olmadığına dair heç bir açıqlama verməyib.    

 

Qeyd edək ki,  Donald Tramp bir neçə gün əvvəl qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.    

 

Fərman qaçqınların qəbuluna tətbiq edilən 120 günlük qadağanı  ləğv edib,  lakin 11 ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutub.   

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov