Fədayə Laçının avtoritet sevgilisi ilə videosu yayıldı - "ÖLÜRÜM SANA"
Məhbusların qaçırılması faktı ilə əlaqədar həbs edilən müğənni Fədayə Laçının "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birgə videosu yayılıb.
APA TV-nin Femida.az-a istinadən xəbərinə görə, videoda Fədayə Laçın "Qoca" üçün mahnı ifa edir. Görüntülərdən adı çəkilən şəxslər arasında yaxın münasibət olduğu sezilir.
Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan Məmmədova Fədayə Baris qızı barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.