Ukrayna daxili işlər nazirinin oğlu həbs edildi - BÜDCƏDƏN OĞURLUQ
Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandr Avakov ölkənin Milli Anti-Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bundan sonra onun ev və ofisində axtarış aparılıb.
Kiçik Avakovun 2014-2015-ci illərdə dövlət satınalmaları sahəsindəki maliyyə fırıldaqlarında ittiham olunduğu bildirib. Onun artıq istintaq təcridxanasına köçürüldüyü açıqlanıb.
Ukrayna Sosialist Partiyasının lideri İlya Kiva Aleksandr Avakovun həbsini nazir olan atasına təzyiq vasitəsi kimi qiymətləndirib.
2014-cü ilin avqustunda Aleksandr Avakov könüllülərdən ibarət "Kiyev-1" batalyonuna qoşulub. Bundan əlavə, onun Romada pendir istehsalı müəssisəsinə sahib olduğu aşkarlanıb. Bu biznes sahəsinə görə o, mətbuatda "Süd kralı" kimi tanınıb.
Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, oğlunun irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur.