15 yaşlı nəvə BABASININ PULLARINI OĞURLADI

Ağstafa rayonunda nəvə evdən oğurluq edib. Bu barədə APA TV-yə Qazax rayon Polis Şöbəsindən məlumat veriblər. Məlumata görə, Qazax rayon sakini Tariyel Binnətov Ağstafa rayonuna gələrək babasının evindən oğurluq edib. O, babası Fidail Xasayevin evdə olmamasından istifadə edərək, pəncərəni sındıraraq mənzilə daxil olub, babasının uzun illərlə topladığı 3700 manat pulu aparıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 15 yaşlı oğlan saxlanılıb, pullar ondan geri alınıb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli