Ryabkov: "Tramp Obamanın Rusiyaya qarşı seçdiyi kursa sadiq qaldı"
"Donald Tramp administrasiyasının Rusiyaya qarşı təzyiqlərindən təəssüflənirik". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən ölkəsinin rəhbər tutduğu siyasi kursun dəyişdirilməsinə yönələn cəhdlər rəsmi Moskva üçün gözlənilməz olub. "Biz burada Tramp administrasiyasının Barak Obama dövründə Rusiyaya qarşı seçilən siyasi kursun neqativ və destruktiv elementlərinə sadiq qaldığını görürük" - deyə, S.Ryabkov əlavə edib.
Diplomatın qənaətincə, Vaşinqtonun addımları ölkələrarası münasibətləri daha da çətin duruma salır və bu, tamamilə qəbuledilməzdir.