Sabah Bakıda yağış yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 2-də havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd