Türkiyəyə aid gəmi batdı - DƏNİZDƏN MEYİTLƏR ÇIXARILIR

Qara dənizdə gəmi batıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyəyə aid yük gəmisi İstanbul yaxınlarında radarlardan itib.

Xilasetmə işlərinə başlanıb. Gəmidə olan 13 nəfərlik heyət üzvündən 4-ün meyiti çıxarılıb. Bundan əlavə gəminin bəzi parçalarını dalğalar sahilə çıxarıb.

Xilasetmə və axtarış işlərinə helikopterlər də cəlb edilib.

Karqo gəmisi 1974-cü ildə istismara buraxılıb. Onun göyərtəsində 3080 ton yük olub.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı