HƏMAS Qəzzanın "açarlarını" FƏTH-ə verəcəkmi? - İSRAİL İNANMIR

Rəsmi Qahirənin vasitəçiliyi ilə əldə olunan razılığa əsasən noyabrın 1-də HƏMAS nümayəndələri Qəzza sektoru sərhədində nəzarəti FƏTH təşkilatına təhvil verməlidir.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bununla bağlı imzalanan sənəd həmçinin milli birlik hökumətinin yaradılmasını da nəzərdə tutur. İki siyasi qüvvənin dekabrın 1-də formalaşdıracağı hökumət həm İordan çayının qərb sahili, həm də Qəzza sektoruna nəzarəti ələ alacaq.

 

İsrail rəsmiləri isə imzalanan razılaşmanı xəyali adlandıraraq, FƏTH və HƏMAS-ın sülh əldə etdiyinə inanmadıqlarını bildiriblər. Bundan əlavə Təl-Əviv üç il əvvəl Qəzzada öldürülən iki hərbçisinin nəşini geri istəyib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov