Bakıda soyğunçu yaxalandı: "Vurdum yıxıldı, pullarını aldım"

Bakıda vətəndaşı döyüb pulunu alan şəxs həbs edilib.

 

APA TV-nin məlumatına görə, Sabunçu dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini Afat Vəliyev naməlum şəxs tərəfindən döyülüb. Yerə yıxılan Vəliyevə zor tətbiq edilərək onun 490 manat pulu alınıb və soyğunçu hadisə yerindən uzaqlaşıb.

 

İstintaqla müəyyən olunub ki, zərərçəkən kafelərin birində çörək yeyən zaman cibindəki pulu çıxarıb və saymağa başlayıb. Bu isə orada olan Musa İbrahimovun diqqətini cəlb edib: "Onu güdüb və dəmir yolu xəttinə çatan kimi vurub. Pullarını alıb və qaçıb". 

 

Keçirilən əməliyyat tədbirləri zamanı İbrahimovun şəxsiyyəti müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Musa İbrahimov tutulub: "Mənə dedi keçək kənara, dərhal onu vurdum. Yerə yıxıldı, məni söydü, bir də vurdum. Pullarını alıb getdim".

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu XPŞ-nə müraciət etmələri xahiş olunur.

 

 

 

 

 

Müəllif | Apa.Tv