Rusiyada sərhədçiyə hücum edən İKİ AZƏRBAYCANLI TUTULDU

Rusiyanın şimal paytaxtında - Kanoner adasında sərhəd xidməti əməkdaşına qarşı soyğunçuluq törədilib. Hüquq-mühafizə orqanlarının verdiyi xəbərdə bildirilir ki, adada yerləşən 25 nömrəli evə gələn iki azərbaycanlı və şəxsiyyətləri hələlik məlum olmayan daha iki nəfər 29 yaşlı sərhədçiyə hücum edib. Soyğunçular ona bıçaqla hədə-qorxu gələrək evdəki qızıl-zinət əşyalarını, mobil telefonu götürüb aradan çıxıblar. Hadisəni törədənlərdən 25 və 31 yaşlı iki nəfər işsiz azərbaycanlı zərərçəkənin ifadəsi əsasında saxlanılıb. APA TV-nin xəbərinə görə, polis digər iki nəfərin axtarışına başlayıb. Hadisə ilə bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv