Türkiyədə turistlərə "hər şey daxil" sistemini ləğv etmək təklif olunur - RUSİYADAN MÜNASİBƏT

Türkiyədə turistlər üçün "all inclusive" - "hər şey daxil" sistemini ləğv etmək təklif olunur.


APA TV-nin məlumatına görə,  rusiyalı ekspertlər Türkiyə tərəfinin kurort bölgələrində "all inclusive" sisteminin ləğvi ilə bağlı müzakirəsini şərh ediblər.

 

Təklifə əsasən, mövcud sistemin ləğvi ilə turistlər oteldə daha çox vaxt keçirməyəcək, bu da onların dükan və kafelərdə daha çox pul xərcləməsinə gətirib çıxaracaq.

Türkiyədə "hər şey daxil" sistemindən daha çox rus və alman turistlər istifadə edir. Qeyd olunur ki, Türkiyədə istirahət edən hər turist təxminən 570 dollar pul xərcləyir.  

 

Rusiyalı turistləri cəlb edən isə məhz "hər şey daxil" sistemidir. Çünki bu sistemə hoteldə yerləşdirmə, qidalanma və ekskursiya proqramı daxildir. Beləliklə də turist səyahətə nə qədər pul xərcləyəcəyini öncədən bilir və əlavə xərclərə ehtiyac olmayacağını yəqin edir".

 

Rusiyanın tur operatorları isə 3 ildə belə bəyanatların tez-tez səsləndiyini, lakin bunun real olmayacağı qənaətindədir.

Bu müzakirələrin turizm sahəsində çalışanlarla razılaşdırılmadığı qeyd olunur. 

Müəllif | Apa.Tv
Nigar Həsənli