İlham Əliyev və Vladimir Putin Tehranda görüşüblər

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

 

Vladimir Putin bildirib ki, Azərbaycan və Rusiya aarasındakı münasibətlər xüsusi xarakter daşıyır və strateji tərəfdaşlıq xarakteridir: “Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir”.

 

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, iqtisadi sahədə əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir: “Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir”.

 

Azərbaycan prezidenti Tehranda keçirilən üçtərəfli görüşü qlobal miqyaslı çox mühüm hadisə adlandırıb.

 

Müəllif | Apa.Tv