Şirvanda 7-ci sinif şagirdini maşın vurub
Şirvanda avtomobil 7-ci sinif şagirdini vurub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 18.30 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.
Şirvan sakinin idarə etdiyi “Mercedes” markalı avtomobil 7-ci sinif şagirdi Qarayev Nahid Cəlal oğlunu vurub. Uşaq ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti ağırdır.
Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.