“Qoca” ləqəbli avtoritet atışmada öldürüldü - XÜSUSİ ƏMƏLİYYAT

Bu gecə Bakıda qatardan qaçan məhkum “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində xüsusi əməliyyat keçirilib.

 

APA-nın xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdirib. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı