Tramp Nyu-York terrorçusunun edamını istədi

Nyu-Yorkda terror aktı törədən özbək əsilli Seyfullah Saipova qarşı terrorçuluq ittihamı irəli sürülüb. 

 

APA TV-nin Rusiya mətbuatına məlumatına görə, bu barədə Nyu-Yorkun cənub dairəsi prokurorunun əvəzi Cun Kim özünün "Facebook" səhifəsində yazıb.

 

C. Kim qeyd edib ki, 29 yaşlı S. Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.

 

Prokuror əvəzi həmçinin, ABŞ prezidenti Donald Trampın Nyu-York terrorçusuna ölüm cəzası verilməsini tələb etdiyini deyib.
 

Qeyd edək ki, oktyabrın 31-də Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar.  Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli