Yağış kəsəcək, hava küləkli və dumanlı olacaq

Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. 

 

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd