Mehman Əliyev barəsində cinayət işinə xitam verildi

"Turan" İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib. Bu barədə APA-ya vəkil Fuad Ağayev bildirib.

 

Onun sözlərinə görə, qərar istintaq orqanı tərəfindən verilib.

 

Agentliyin internet səhifəsində də bu barədə məlumat yerləşdirilib. Məlumatda deyilir ki, cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan Mehman Əliyevə rəsmi məktub təqdim olunub.

 

Məktubda qeyd olunur ki, "Turan İnformasiya Agentliyi" MMC barəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.1-ci maddələri ilə istintaq olunan cinayət işinə xitam verilib. Mehman Əliyev barəsində isə Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanmışdı.

  

Müəllif | Apa.Tv
Almaz Qasımova