Hüquqşünas: "Cırıq cins geyinən qızlara təcavüz etmək lazımdır"

Misirli hüquqşünas cırıq cins şalvar geyən qızlara təcavüz edilməsini milli vəzifə hesab edir. APA TV-nin məlumatına görə, bunu hüquqşünas Nabi əl-Bəxş deyib.

 

O, gənc qızların zahiri görünüşünü sərt tənqid edib. "Onlara sataşmaq vətənpərvərlik öhdəliyi, zorlamaq isə milli vəzifədir" - deyə, o qeyd edib.

Misirin qadınların məsələləri üzrə Milli Şurası hüquqşünasın bu ifadələrinin konstitusiyaya zidd olduğunu bildirib.

 

Xatırladaq ki, ötən ayın 16-da Misirin paytaxtı Qahirə qadınlar üçün ən təhlükəli şəhər kimi qəbul olunub. Buna səbəb qadınlara qarşı seksual xarakterli hərəkətlər və təcavüzlərdir.

 

Müəllif | Apa.Tv
Apa.tv