Ərdoğan: "Qafqaz İslam Ordusunun zəfərinin 100 illiyini Bakıda qeyd edəcəyəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılış mərasimindən geri qayıdarkən təyyarədə jurnalistlərə önəmli açıqlamalar verib.

 

APA TV-nin məlumatına görə, Bakı səfərinin nəticələrini dəyərləndirən Türkiyə prezidenti səfər zamanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 6 sənədin imzalandığını bildirib.

Ərdoğan hazırda 1,6 milyard dollarlıq ticarət həcminin 5 milyard dollara qədər yüksəldilməsinin hədəfləndiyini deyib.

 

O, 2018-ci ildə Qafqaz İslam Ordusunun Bakını işğalçılardan azad etməsinin 100-cü ildönümü münasibətilə paytaxtımızda təşkil olunacaq birgə tədbirlərdə şəxsən iştirak edəcəyini də açıqlayıb.

Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ probleminin həllində Azərbaycana dəstəyin daha güclü şəkildə davam etdiriləcəyini vurğulayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov