İraqda dağılan şəhərləri türklər yenidən tikəcək - 100 MİLYARD DOLLARLIQ ANLAŞMA

Rəsmi Bağdad ölkənin İŞİD-dən azad edilən bölgələrində bərpa işlərinin başlanması üçün Türkiyəyə müraciət edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müraciətdə azad olunan yaşayış məntəqələrinin yenidən inşa olunması məqsədilə 100 milyard dollarlıq anlaşma təklif olunur.


Ölkənin Ticarət Nazirliyinin nümayəndəsi bu məsələ ilə bağlı artıq Türkiyənin İraqdakı səfiri ilə görüşüb.


İlk olaraq xəstəxana və məktəb binaları inşa olunacaq. Bu işlər birmənalı şəkildə türklərə həvalə ediləcək.


Türkiyəli diplomat isə İraqa yalnız inşaat və yenidənqurma işlərində deyil, bütün sahələrdə dəstək verməyə hazır olduqlarını deyib.


Səfir ticarət əlaqələrinin də genişləndirilməsinin vacibliyini vurğulayaraq, bunun Türkiyədə istehsal olunan malların İraqdan keçməklə Fars körfəzi ölkələrinə çatdırılmasında maraqlı olduqlarını dilə gətirib. Bu məqsədlə iki ölkə arasındakı Fişhabur Sərhəd Qapısının fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı