Türkiyə bir gündə 8 şəhid verdi - PKK İLƏ DÖYÜŞDƏ
Bu gün İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları ilə hərbçilər arasında atışma olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular dumanlı hava şəraitindən istifadə edərək Hakkari bölgəsinin Şəmdinli qəsəbəsinə keçməyə cəhd edib.
Atışma nəticəsində 6-sı əsgər olmaqla, 8 nəfər şəhid olub. Ölənlərdən ikisi bölgə bələdçiləridir. İki əsgər yaralanıb. Döyüşdə 5 terrorçu məhv edilib.
Bölgədə vertolyotların da cəlb edildiyi geniş miqyaslı əməliyyat başlayıb.