ABŞ-da son üç gündə ikinci silahlı insident: ölənlər var

Kolorado ştatının Tornton şəhərindəki supermarketlərdən birində atışma olub.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində 3 nəfər ölüb. Polis hadisə yerinə gələnədək qatil ərazini tərk edib. Şahidlər ümumilikdə otuza yaxın atəş səsi eşitdiyini bildiriblər.

 

Hazırda onun tapılması istiqamətində tədbirlər görülür. Polis vətəndaşlara hadisə baş verən ərazidən keçməməyi tapşırıb.

 

 

Müəllif | Apa.Tv