Rus pornoaktrisa prezident olmaq istəyir: MƏKTƏBLƏRDƏ SEKS-İMTAHANLAR KEÇİRİLƏCƏK
Rusiyada daha bir qadın prezidentliyə namizəd olacağını bildirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, pornoaktrisa Yelena Berkova belə bir açıqlama verib.
O, sosial şəbəkədə paylaşdığı videoda hətta "seçkiöncəsi kampaniya"ya başladığını iddia edib.
Pornoulduz ilk növbədə federasiya sərhədləri daxilində açıq-saçıq geyimlərdən sərbəst istifadəyə daha geniş yer verilməsi üçün çalışacağını bildirib. O, məktəblərdə uşaqlara seksual tərbiyənin verilməsinin tərəfdarıdır. Berkova hətta şagirdlər üçün seks-imtahanlar təşkil edilməsi üçün səy göstərəcək.
Pornoaktrisanın düşündükləri bununla bitmir. O, ailələrdə uşaq dünyaya gətirmək istəyənlərin mütləq tibbi, hüquqi və psixoloji testlərdən keçməsini vacib sayır. Berkovanın siyahısında zorlama hallarına görə ölüm hökmünün bərpası da yer alır.
Xatırladaq ki, bu vaxta qədər teleaparıcı Kseniya Sobçak və jurnalist Kati Qordon da Rusiya prezidentliyinə namizəd olacaqlarını bəyan ediblər.
Seçkilər isə gələn il martında keçiriləcək.