Diktor Rafiq Hüseynlinin cənazəsi Bakıya gətirildi

Mərhum diktor Rafiq Hüseynlinin cənazəsi Düsseldorfdan Bakıya gətirilib. Cənazəni müşayiət eləyən maşın karvanı Heydər məscidinə yola düşüb.

 

APA TV-nin xəbərinə görə, cənazəni qarşılamağa gələnlər arasında Rafiq Hüseynlinin ailə üzvləri, qohumları və onunla uzun illər Dövlət Televiziyasında çalışmış sənət yoldaşları vardı. Onların hər biri Rafiq Hüseynlinin yoxluğunu çox ağır itki kimi dəyərləndirib.

 

Qeyd edək ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də saat 10:00-dan 12:00-a dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Rafiq Hüseynli II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov