Gəncədə qarşısına it çıxan avtomobil aşdı - ÖLƏNLƏR VAR
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib. İlkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. Avtomobillə iti vuran sürücü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.