Sürücü yuxulayınca avtomobili daş lövhəyə tuş gəldi - BAKIDA
Bakının Nərimanov rayonu ərazisində sürücünün sükan arxasında yuxulaması avtoqəza ilə nəticələnib. APA TV xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
Sürücü Əliyev Elçin Fəxrəddin oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə həmin küçə boyu hərəkətdə olan zaman qəfildən sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq reklam lövhəsinə dəyib. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Sürücü özü isə qəzadan xəsarətsiz çıxa bilib.
Hadisənin baş verdiyi ünvana YPX müfəttişləri cəlb olunub. İlkin ifadəsində sürücü sükan arxasında yuxuladığını etiraf edib.