Xaldan-Mingəçevir yolunda iki avtomobil toqquşub - YARALILAR VAR

Yevlax rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, Xaldan-Mingəçevir yolunda, Yevlaxın Hacıselli kəndində meydana gələn avtoqəza zamanı iki avtomobil toqquşub.

"VAZ 2106" markalı minik maşını ilə "VAZ 2110" markalı digər avtomobil həmin yolun 7-ci kilometrliyində toqquşub. Nəticədə Yevlax sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Elçin Famil oğlu və 1975-ci il təvəllüdlü Nizami Əzizov xəsarət alaraq Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Vəziyyətləri hazırda orta ağırlıqdadır.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır. İlkin ehtimal kimi yüksək sürət amili göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv