Qurban Qurbanov Azərbaycan millisinə baş məşqçi təyin edildi

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycanın millisinin baş məşqçisi təyin edilib.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

 

Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.

 

O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

 

Müəllif | Apa.Tv