Suriyanın daha bir şəhəri terrorçulardan təmizləndi - İŞİD-DƏN SONRAKI GÖRÜNTÜLƏR
Suriya ordusu Deyr ez-Zor şəhərini İŞİD silahlılarından tamamilə azad edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sentyabrın 5-dən şəhərin azad edilməsi əməliyyatına başlayan Suriya ordusu bu gün Əl-Həmidiyə, Şeyx Yasin, Əl-Ardi, Əl Rəşidiyə, Əbu-Ədid, Əl-Bəjn rayonlarını terrorçulardan təmizləyib.
Verilən məlumatlarda həmçinin Suriya ordusunun İŞİD-in son mövqelərinə hücumu davam etdirdiyi, şəhərin 97 faiz hissəsini tam nəzarətə götürdüyü qeyd edilir.
Son bir həftədə Rusiya Hərbi Kosmik Qüvvələri ölkə ərazisində 390 döyüş uçuşu keçirib ki, bu uçuşlarda terror qruplaşmalarına aid 950 obyekt məhv edilib.
Bundan əlavə uçuşlar zamanı digər ölkələrə aid bir neçə kəşfiyyat təyyarəsi aşkarlanıb.