Ərdoğan din xadimlərinə məmur səlahiyyəti verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə din xadimlərinə rəsmi nikah bağlamaq hüququ verən qanunu imzalayıb.
APA TV-nin məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada Ərdoğanın qanunu imzalayaraq yayımlamaq üçün Nazirlər Kabinetinə göndərdiyi qeyd olunub.
Qanunla ölkədə din xadimləri artıq nikah məmurları kimi evlənən cütlüklərinin nikahının bağlanmasını həyata keçirəcək.