Bakıda gilavar əsəcək, temperatur yüksəlir

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

 

Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, cənub zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv