İstanbulda "Lotu Quli"yə sui-qəsd iddiası: LƏNKƏRANSKİNİN QARDAŞI SAXLANILDI
Türkiyə polisinin İstanbuldakı ticarət mərkəzlərindən birində keçirdiyi əməliyyat nəticəsində 13 nəfərlik qruplaşmanı saxlayıb.
APA TV-nin məlumatına görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları təqib etdiyi qruplaşmanın ticarət mərkəzində toplandığı xəbərini alıb. Əməliyyat nəticəsində qruplaşmanın rəhbəri - "Mex" ləqəbli Mehmet Sabir Şirin və adamları saxlanılıb. Araşdırma zamanı onların üzərindən və avtomobillərindən 9 odlu silah götürülüb.
Polisin yaxaladığı "Şirinlər" kriminal qruplaşması daha öncə "Sarallar" qruplaşması ilə silahlı insidentlə gündəmə gəlmişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, saxlanılanlar "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifova qarşı sui-qəsd hazırlığında olublar. Tutulanlar arasında Rövşən Lənkərasnkinin qardaşının olduğu deyilir.