Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirib

Bu gün Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib.

 

APA TV-nin xəbərinə görə, aksiya iştirakçıları həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin partiya tərəfindən paytaxtın mərkəzində yürüş keçirilməsi barədə müraciətinə razılıq verməməsinə etiraz ediblər.

 

Etiraz aksiyasının qətnaməsi oxunduqdan sonra polis iştirakçılardan ərazini tərk etməyi xahiş edib. Bu zaman kiçik insident yaşanıb. Nəticədə Müsavat Partiyasının üzvləri Səxavət Soltanlı, Tofiq Yaqublu, Elman Fəttah, Mustafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli, Rəhim Yaqublu, Vidadi Zamanov və Zeynal Zeynalov polis tərəfindən saxlanılıb.

 

Bundan sonra aksiya iştirakçıları ərazini tərk edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov