"Jiquli" yoldan çıxıb, maneəyə çırpıldı: 2 yaralı

Gəncədə yol qəzası baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir. 

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 




 

Müəllif | Apa.Tv
Azər Məmmədli