Bir ömrün reportajı - RAFİQ HÜSEYNOVUN XATİRƏSİNƏ
Bir yerdə işləməmişəm onunla... Mən dövlət televiziyasında çalışanda o, orda yox idi... Amma onunla illərini keçirmiş həmkarlarımdan barəsində çox eşitmişdim... İllər sonra, o, uzun zaman çalışdığı televiziyaya qayıdanda cəmi bir dəfə həmsöhbət olduq... Haqqında eşitdiklərim məni yanıltmamışdı, artıq yaşlaşsa da elə xəyallarımdakı adam idi... Gənc aparıcıları hazırlaşdırırdı... Buna baxmayaraq, ən təcrübəli əməkdaşlar belə yenə onun yanına gedir, məsləhətlər alırdı, hətta rəhbərlik səviyyəsində bu barədə tapşırıq var idi... Təkcə mən getmirdim, bunun başqa səbəbi yox idi, nədənsə istəyirdim ki, özü çağırsın, amma heç o da çağırmadı... İkinci mərtəbədə iş otağı var idi... Bir gün düz otağının qarşısında qarşılaşdıq... Siqaret çəkirdi... Onun barəmdə hansı fikirdə olması mənə maraqlı idi, soruşdum, müəllim, mən sizin yanınıza bir dəfə də gəlməmişəm, bunu müştəbehlik kimi qəbul etməyin... Güldü, cavabı isə eynən belə oldu: "Sən gəlmərsən də, Nəsimi Nəbizadəsən axı..." Ötən həftə Azərbaycan tamaşaçısı bir də heç vaxt eşitməyəcəyi bənzərsiz səsi, diksiyanı, əsl efir simasını itirdi... Ustad Rafiq Hüseynovu son mənzilə yola saldıq...