Nadir Adilovun "Gəncsən? Başla!" kitabının imza günü keçirilib

Bugün 2 saylı Asan Kommunal Mərkəzində "Gəncsən? Başla!" kitabının imza günü keçirilib.

 

Kitabın müəllifi dosent Nadir Adilov bildirib ki, kitab gənclərin şəxsi inkişafı məqsədi ilə yazılıb.

 

"Birinci kursdan dördüncü kursa qədər bir tələbənin etməli olduğu bütün məsələlərə toxunulub. Əgər bir tələbə o kitabı birinci kursdan dördüncü kursa kimi həyatında tətbiq etsə demək olar ki, şəxsi inkişafına nail ola bilər. Kitabda bütün məsələlər praktik formada verilib, müqayisəli formada həm də yerli misallarla. Gənclərin karyera quruculuğu  işə başlaması könüllü kimi fəaliyyəti asudə vaxtının təşkili sosial şəbəkələrdəki fəaliyyəti və s. Kitabının dilinin də gənclərə daha asan olan bir dildə yazmışıq".

 

Kitabın satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə "Könüllü" Tələbə Təqaüd Proqramına yönəldiləcək.

 

"Burada ümumi vəsait hesablamamıza görə 3000 manat təşkil edəcək və 6 tələbə könüllüyə bu vəsaitin  verilməsi nəzərdə tutulur. Hər bir tələbəyə 500 manat. Ola bilsin ki, bu təhsil haqqında ödəniş kimi olunsun, yaxud da həmən tələbənin kart hesabına köçürülsün".

 

İmza günündə   Gənclər və İdman nazirinin  müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər. Fuad Muradov ilk gündən  müəllifin  bu təşəbbüsünü dəstəklədiyini qeyd edib. O gənclər arasında kitab oxuyanların sayının azaldığını deyib.  "Ümid edirəm ki,  "Gəncsən? Başla!"

gənclərin stolüstü kitabına çevriləcək" .

 

Daha sonra çıxış edən İntiqam Babayev bildirib ki,  kitab Azərbaycan təcrübəsinə əsaslanır.

 

"Kitabda CV-lərin təqdim olunma formatından tutmuş, hansısa bir layihədə hansısa bir ssenari formalaşmasına qədər təkliflər var. Çox maraqlı bir kitab ortaya qoyulub. Məni sevindirir ki, bu kitabın müəllifi də gənclər hərəkatından çıxmış Nadir Adilovdur".

 

Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən "Gəncsən? Başla!" oxucular və xüsusən də tələbə gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb.

 

"Gəncsən? Başla!" böyük bir maraq doğuracaq kitabdır. Nəinki gənclərimizə eləcə də yeni addım atan abituriyentlərimizə də böyük tövhə verəcək.  Kitabın əsas məqsədi gənclərin öz karyerasını öz gələcəyini qurmaq üçündür. Düşünürük ki, gənclər bu kitablardan yararlanacaqlar". 

 

Qeyd edək ki, kitabın təşkilatı dəstəyi Azərbaycan Universiteti, YARAT, Friends, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və ASAN Könüllüləri Təşkilatıdır. 

Müəllif | Apa.Tv
Almaz Qasımova