Qız atasını baltaladı - BAKIDA AĞIR CİNAYƏT

Bakıda qız atasını baltalayıb. APA TV-nin xəbərinə görə, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində, Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib.

Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv