Bakıda gənc oğlan intihara cəhd etdi

Bakıda gənc oğlan intihara cəhd edib. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Xəlilov Elmir Heybət oğlu yaşadığı evdə özünü asıb. Lakin son anda yaxınları bundan xəbər tutub və onu xilas edib.

E.Xəlilov sonradan 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. İlkin ehtimala görə, Elmirin bu addımına səbəb ailə-məişət zəminində yaranmış söz-söhbət olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv