Velosiped sürürdü, avtomobilin zərbəsinə tuş gəldi - BAKIDA QƏZA
Bakıda avtomobil velosipedçini vurub. APA TV-nin xəbərinə görə, hadisə Zığ-Hövsan-Aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Velosipedçi 54 yaşlı Nurməmmədov Mehman Ağakişi oğlu həmin dairəvi yolla hərəkət edən zaman onu “Hyundai” markalı minik maşını vurub. Avtomobilin sürücüsü xəsarət alan M.Nurməmmədovu 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yol qəzasının təfərrüatlarını Suraxanı polisi araşdırır.