ABŞ-da mağazaya soxulan silahlı şəxs polis tərəfindən zərərsizləşdirildi

ABŞ-ın Montana ştatının Billinqs şəhərində mağazaya basqın edən silahlı şəxs hadisə yerinə gələn polisi atəşə tutub. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, naməlum kişi avtomobilini mağazanın divarına çırparaq içərisinə daxil olub və çağırışla hadisə yerinə cəlb olunan polis əməkdaşlarına atəş açıb. Onun polis əməkdaşlarına işıq-səs qumbarası atdığı bildirilir.

Məlumata görə, bundan əvvəl həmin şəxs digər mağazadan silah oğurlamağa cəhd edib, lakin mühafizəçilər tərəfindən obyektdən kənarlaşdırılıb.

Polis əməkdaşları binanı mühasirəyə alaraq, cinayətkarla danışıqlar aparmağa cəhd edib. Mağazaya basqın edərək 10 saat ərzində polisi atəşə tutan naməlum silahlı sonda məhv edilib. O, danışıqlar zamanı bir neçə dəfə təslim olmaq çağırışlarına məhəl qoymayıb.

Müəllif | Apa.Tv
Apa.tv