Səudiyyə şahzadəsi vertolyot qəzasında öldü

Səudiyyə Ərəbistanında kral ailəsinin üzvlərini daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölənlər kral ailəsinin üzvləri - şahzadə Mansur bin Mükrin, Asir əyalətinin administrasiya üzvləri və yerli polis rəisidir.

 

Avqustun 8-də şahzadə Salman bin Abdullah, 17 avqustda isə şahzadə Bəndər bin Fədd vəfat edib. Hazırda isə krallıq ərazisində 5 mindən çox şahzadə və ilk kral İbn Səudun çoxsaylı varisləri yaşayır.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı