Nelson Mandela vəfat edib

Aparteid əleyhinə əfsanəvi mübariz, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, Nobel Sülh Mükafatı laureatı Nelson Mandela 96 yaşında vəfat edib. Uzun illər ağır xəstəlikdən əziyyət çəkən Mandela Yoxannesburq yaxınlığındakı evində dünyasını dəyişib. Nelson Mandelanın ölüm xəbərini dünyaya CAR prezidenti Ceykob Zuma çatdırıb. O, millətinin böyük oğlunun əbədi dünyaya köçdüyünü bildirib. Ölkədə matəm élan olunub, bütün dövlət və özəl müəssisələrdə CAR bayraqları aşağı endirilib. 

 

Cənubi Afrika Respublikasının milli qəhrəmanı sayılan Nelson Mandelanın səhhəti iyunun 8-də qəfildən pisləşib. Sabiq prezident kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç ay həkim nəzarətində qalan Mandela sentyabrın 1-dən evə buraxılıb. O bu ağır xəstəliyə hələ 27 yaşında, aparteid əleyhinə mübarizəyə başlayarkən tutulub. Həbsxanaya atılan Mandela burada vərəm xəstəliyinə tutulub və bu xəstəlik ömrünün sonuna kimi ona əziyyət verib. 

 

BMT-nin baş katibi Pan Gi Mun və bir çox dövlətlərin liderləri Nelson Mandelanın vəfatı ilə əlaqədar başsağlığı veriblər. 

Müəllif | Apa.Tv
Apa.tv