Səudiyyədə kütləvi həbslər başladı - ŞAHZADƏLƏR, NAZİRLƏR...

Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 hazırkı və 10 keçmiş nazir həbs olunub.

 

APA TV-nin "Al-Arabiya" telekanalına istinadən məlumatına görə, onların bəzisi 2009-cu ildəki daşqınlar zamanı korrupsiya faktlarına yol verməkdə, digərləri isə 2012-ci ildə elə buradan 20 ölkəyə yayılan MERS respirator virusu ilə  bağlı istintaq çərçivəsində həbs olunublar. 

 

Faktlar üzrə cinayət işi Milli Antikorrupsiya Komitəsində araşdırılır.

 

Bu arada Səudiyyə kralı Salman bin Əbdül-Əziz əl-Səud krallıqda aktiv şəkildə antikorrupsiya tədbirlərinə başlandığını bildirib və buna qarşı mübarizənin gücləndirilməsini tapşırıb.

 

Qeyd edək ki, krallıq ailəsinin üzvləri bir qayda olaraq şahzadə-əmir titulunu daşıyır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov