Bakıda atasını baltalayan qız polisə özü təslim olub - TƏFƏRRÜAT

Bakıda qızın atasını baltalamasının təfərrüatları bəlli olub.

 

APA TV -nın xəbərinə görə, hadisədən sonra 30 yaşlı qadın özü könüllü olaraq polisə təslim olub.

 

İnsident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərin birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxaki başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Binəqədi rayon 5-ci PB-dən verilən məlumata görə, adı açıqlanmayan qadın ilkin ifadəsində atası Cəmşid Salxakini öldürmək niyyəti ilə deyil, özünü müdafiə etmək məqsədilə vurduğunu deyib. O bildirib ki, atası dəfələrlə aralarında yaranan münaqişə nəticəsində onu öldürəcəyini bildirib. Baltası isə yatdığı çarpayının yanında olub. Atası qızını hansı balta ilə öldürəcəyini də göstərib. Ötən gün aralarında yaranan münaqişə nəticəsində qız atasının götürmək istədiyi baltanı alaraq ona bir neçə zərbə endirib.

 

Faktı Binəqədi rayon Prokurorluğu araşdırır.

Müəllif | Apa.Tv