Bakı sakini sərxoş halda QUYUYA DÜŞDÜ

Bakının Qala qəsəbəsinin sakini hərbi şəhərçisiyin yaxınlığındakı qazılan dərəyə düşüb. Ətrafda yaşanlar dərəyə düşən Qala sakinini xilas etmək üçün tədbirlər görüblər. Məlum olub ki, dərəyə düşən şəxs sərxoş vəziyyətindədir. Həmin şəxs xəsarət aldığından  təcili yardım stansiyasına məlumat verilərək kömək istənilib. Sakinlər APA TV-yə bildiriblər ki, bir neçə həftə öncə tikinti məqsədi ilə qazılan dərəyə heç bir təhlükəsizlik səddi çəkilməyib. Bu da xüsusilə günün qaranlıq vaxtlarında piyadalar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub.

 

Dərəyə düşən Qala sakini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Müəllif | Apa.Tv