Müharibə addım-addım yaxınlaşır: SƏUDİYYƏDƏN İRANA SƏRT MESAJ

Səudiyyə Ərəbistanı Yəməndən atılan raketə görə İranı günahlandırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, eyni zamanda Yəməndən Kral Halid Beynəlxalq Aeroportuna həyata keçirilən raket hücumu "müharibə elanı" olaraq qiymətləndirilib.

 

Rəsmi mənbələrdən verilən açıqlamada Yəmən husilərinin İranın dəstəyi olmadan belə hücumu həyata keçirməyinin mümkünsüzlüyü ifadə olunub: "İranın rolu və bu məsələdə husilərə birbaşa əmri qonşu ölkələri hədəf alan açıq bir təcavüzdür. Regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə hərəkəti olaraq dəyərləndirəcək".

 

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməndəki bütün quru sərhəd keçid məntəqələrini, liman və aeroportlarını bağladığını da elan edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı